Tovuzda maşın kanala aşdı - 4 nəfər yaralandı

tovuzda-masin-kanala-asdi
Oxunma sayı: 201

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza rayonun Alakol kəndi istiqamətində qeyd alınıb.

Belə ki, Şəmkir rayon sakini 2003-cü il təvəllüdlü Qurbanov Anar Saleh oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil kanala aşıb.

Hadisə zamanı 4 nəfər xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.

Belə ki, hadisə zamanı sürücü ilə yanaşı 1996-cı il təvəllüdlü Abuzər Abuzərli, 1991-ci il təvəllüdlü Rəşid Sabirli və 1992-ci il təvəllüdlü Turxan Kamranzadə də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Yunis Quliyev