Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

tovuzda-masinlar-toqqusdu
Oxunma sayı: 336

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub.

Belə ki, “Kia” markalı avtomobil ilə “VAZ-2106” markalı avtomobil toqquşub.

Hadisə zamanı “VAZ-2106” markalı avtomobildə olan qadın xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yunis Quliyev