Tovuzda sahibkarlıq subyektlərinə baxış keçirildi - Fotolar

tovuzda-sahibkarliq-subyektlerine-baxis-kecirildi
Oxunma sayı: 343

Tovuzda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” üzrə vəzifələrin icrası diqqətdə saxlanılır.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində sahibkarlıq subyektlərinə baxış keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Nəsrəddin Aslanov, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov iştirak ediblər.

Müvafiq təşəbbüslərin yerində qiymətləndirilməsi və problemlərin öyrənilməsi məqsədilə “Tovuz Aqro” MMC, “Tovuz AqroKimya” MMC, “Tovuz AqroKompleks MMC-yə və Ələsgərov Səddam Kamal oğluna məxsus təsərrüfatlara baxış zamanı Dövlət Proqramı çərçivəsində təsərrüfatların genişləndirilməsi, qoyulacaq investisiya, yeni iş yerlərinin yaradılması və sair məsələlər müzakirə olunub.

Görüşlər zamanı təsərrüfat rəhbərləri göstərilən diqqət və dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək, dövlət başçısının aqrar sahənin inkişafına göstərdiyi xüsusi diqqət və bu istiqamətdə həyata keçirilən ardıcıl dövlət siyasətinin regionlarda kənd təsərrüfatının inkişafına geniş imkanlar yaratdığını qeyd ediblər.