Tovuzda toyda “Qarabağ”la oyuna baxdılar - Video

tovuzda-toyda-qarabagla-oyuna-baxdilar
Oxunma sayı: 607

Ötən gün Tovuzda baş tutan toy mərasimlərinin birində maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, toyda qonaqlar şənliklə yanaşı Misli Premyer Liqasının 11-ci turunda keçirilən “Qarabağ” - “Turan Tovuz” matçını da izləyiblər.

Belə ki, şadlıq sarayının monitorlarının ikisində həmin qarşılaşma nümayiş etdirilib. Bu da həmin bölgədə futbola marağın nə qədər böyük olduğunu göstərir.

Qeyd edək ki, “Turan Tovuz” “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.