Tovuzda zəncirvari qəza - Ölən var

tovuzda-zencirvari-qeza
Oxunma sayı: 539

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində olub.

Belə ki, “KIA” markalı avtomobil ilə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə “Mercedes” markalı avtomobil yol kənarında dayanan “VAZ-2106” və “Opel” markalı avtomobillərə çırpılıb.

İlkin məlumata görə, “Mercedes”in sürücüsü, 2004-cü il təvəllüdlü Əkbər Qasımov xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Yunis Quliyev