Toyda COVID-19 pasportu olmayanların cəriməsini kim ödəməlidir?

toyda-covid-19-pasportu-olmayanlarin-cerimesini-kim-odemelidir
Oxunma sayı: 3324

“COVID-19 pasportunun olmamasına görə cəriməni həm restoran sahibləri, həm də toy sahibləri ödəməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev İctimai TV-də deyib.

O bildirib ki, çünki tərəflər arasında iltizam sənədi imzalanır:

“İltizam sənədinə uyğun olaraq, müştərək hüquqi öhdəlik götürülür. Hüquqi və ya fiziki şəxslərin hər birinin hüquqi məsuliyyəti var və buna uyğun inzibati tənbeh tədbirləri görülür”.