Bir neçə gün öncə xəbər verdiyimiz kimi, türkiyəli aktyor Kaan Yıldırım və aktrisa Pınar Dəniz artıq toy günlərini təyin ediblər.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlüyün bu qərarı verməsinə səbəb Pınarın hamilə olmasıdır. Bildirilir ki, ikili bu xəbəri aldıqdan sonra toy tarixini planlaşdırıblar.
Qeyd edək ki, 2022-ci ildən bəri birlikdə olan cütlük bu ay ailə həyatı quracaq.