Futbol üzrə Türkiyə Kubokunun 2025/2026-cı illər mövsümünün qalibi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, turnirin möhtəşəm final matçı Antalyada keçirilib.
Həlledici qarşılaşmada “Trabzonspor” və “Konyaspor” komandaları üz-üzə gəlib. Gərgin keçən görüşdə hesab ilk hissədə açılıb. Qara dəniz təmsilçisi ulduz hücumçusu Paul Onuaçunun vurduğu qolla hesabda önə keçib – 1:0.
Matçın ikinci hissəsi də qarşılıqlı hücumlarla yaddan qalıb. “Konyaspor”un heyətində Cekson Muleka baxımlı qolla tarazlığı bərpa etsə də, “Trabzonspor” tezliklə yenidən üstünlüyü ələ keçirib. Oyunun gedişində Paul Onuaçu növbəti dəfə səhnəyə çıxaraq dublunu rəsmiləşdirib və komandasına qələbə qazandırıb – 2:1.
Beləliklə, rəqibini məğlub edən “Trabzonspor” mövsümü kubokla başa vuraraq ölkə kubokunun sahibi adına layiq görülüb.
Son xəbərlər
Son Xəbərlər