Tramp 20 dəqiqəlik həbsdən sonra sərbəst buraxıldı

tramp-20-deqiqelik-hebsden-sonra-serbest-buraxildi
Oxunma sayı: 2140

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Corciya ştatının Fulton qraflığının həbsxanasına gedib, 20 dəqiqə saxlanıldıqdan sonra sərbəst buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, Trampın 200 min dollarlıq girov müqabilində azad edilməsi barədə razılığa gəlinib.

Burada onun fotosu çəkilib və barmaq izləri alınıb.

Xatırladaq ki, Tramp aprel ayından 4-cü dəfədir ki həbs olunur. O, 2020-ci il prezident seçkilərinin nəticələrini öz xeyrinə dəyişməyə cəhd etdiyi iddiası ilə aparılan “6 Yanvar Konqres basqını” araşdırmaları çərçivəsində ittiham olunur.