Tramp hələ də onun yerinə başqasını tapmayıb

tramp-hele-de-onun-yerine-basqasini-tapmayib
Oxunma sayı: 165

ABŞ Prezidenti Donald Trampın Ağ Evin mətbuat katibi Kerolayn Levitti əvəzləyəcək şəxsi hələ müəyyənləşdirmədiyi bildirilir.

“Qafqazinfo” “CBS News” telekanalına istinadən xəbər verir ki, mətbuat katibi vəzifəsini yaxın günlərdə tərk edəcək Levittin yerinə hələ ki favorit namizəd yoxdur. 

Məlumata görə, Ağ Evin aparat rəhbəri Syuzan Uayls ola biləcək namizədləri nəzərdən keçirsə də, yekun qərar verilməyib. Yeni təyinat olanadək jurnalistlər üçün brifinqləri növbəli şəkildə Vaşinqton administrasiyasının əsas əməkdaşlarının aparacağı gözlənilir. 

Xatırladaq ki, avqustun 12-də Donald Tramp 28 yaşlı Kerolayn Levittin ikinci övladının dünyaya gəlməsi ilə əlaqədar ailəsinə daha çox vaxt ayırmaq üçün vəzifəsindən ayrılacağını elan etmişdi. ABŞ lideri onun bu qərarını tam anladığını, hörmətlə yanaşdığını bildirərək Levittə Ağ Evdəki fəaliyyətinə görə təşəkkür edib.