Tramp İrandakı etirazçılara səsləndi - “Kömək yoldadır”

tramp-irandaki-etirazcilara-seslendi
Oxunma sayı: 1671

ABŞ Prezidenti Donald Tramp İranda davam edən etirazlar fonunda rəsmi Tehranla bütün diplomatik əlaqələri dayandırdığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ lideri bu barədə özünün “Truth Social” hesabında paylaşım edib.

O, İran hakimiyyətinə səslənərək, nümayişçilərə qarşı zorakılığı dayandırmayana qədər onlarla heç bir görüşün keçirilməyəcəyini vurğulayıb.

Həmçinin Prezident iranlı etirazçılara müraciət edərək, onları “vətənpərvər” adlandırıb və mübarizəni davam etdirməyə, dövlət müəssisələrini ələ keçirməyə çağırıb:

“Kömək yoldadır. Gəlin, İranı yenidən böyük edək”.

Qeyd edək ki, dekabrın 28-dən bəri İranda milli valyutanın kəskin dəyərdən düşməsi ilə başlayan aksiyalar hazırda ölkənin 31 vilayətini əhatə edir.