Tramp İranın bu strateji adasını ələ keçirmək istəyir

tramp-iranin-bu-strateji-adasini-ele-kecirmek-isteyir
Oxunma sayı: 2160

ABŞ Prezidenti Donald Tramp İranın xam neft ixracatının təxminən 90 faizinin həyata keçirildiyi Fars körfəzindəki strateji Xarq adasını ələ keçirməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən yazıb.

Bildirilir ki, adaya nəzarət İran iqtisadiyyatına ciddi təzyiq göstərə və enerji ixracatını kəskin poza bilər.

Xarq adası qlobal neft ticarətində İranın ən vacib ixrac mərkəzlərindən biridir. ABŞ-İsrail və İran arasında artan münaqişə fonunda Tramp administrasiyasının adaya qarşı potensial hərbi əməliyyatı regionda güc balansını dəyişdirə biləcək addım kimi qiymətləndirilir.

Qeyd edilir ki, Xarq adasının itirilməsi İranın neft gəlirlərinə ağır zərbə vuracaq və eyni zamanda, qlobal neft bazarında da risk yaradacaq. Əksər İran neft tankerləri yükünü bu terminaldan götürdüyü üçün hər hansı hərbi əməliyyat həm ölkənin enerji ixracatına, həm də beynəlxalq bazara birbaşa təsir göstərə bilər.

Diplomatik dairələr və enerji bazarları ABŞ-nin bu planını diqqətlə izləyir, ekspertlər isə belə bir addımın müharibəni erkən bitirmək potensialına malik olduğunu qeyd edirlər.