“Netanyahuya İranın enerji obyektlərinə hücum etməməyi tövsiyə etdim”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Yaponiya Baş naziri Sanae Takaiçi ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə apardığı müzakirələrdə İranın neft və qaz yataqlarına zərbə endirilməməsini tapşırıb.
Tramp İranla bağlı gündəmdə olan məsələlərə toxunub. O, ABŞ hərbçilərinin İrana göndərilməsi ehtimalını istisna edərək bildirib ki, belə bir addım planlaşdırılmır.
İsrailin İranın enerji obyektlərini hədəf alması ehtimalına münasibət bildirən Tramp qeyd edib ki, bu məsələni Netanyahu ilə müzakirə edib. Onun sözlərinə görə, İsrail tərəfi bu istiqamətdə addım atmayacaq.
ABŞ Prezidentinin fikrincə, tərəflər müstəqil qərarlar versələr də, ümumi koordinasiya saxlanılır.
Tramp həmçinin Hörmüz boğazı ilə bağlı NATO müttəfiqlərinin mövqeyini tənqid edib və bu məsələdə kifayət qədər dəstək görmədiyini bildirib. O, buna baxmayaraq, Yaponiyanın ABŞ-yə daha çox dəstək verəcəyini düşündüyünü vurğulayıb.
ABŞ Prezidenti İranın nüvə proqramı ilə bağlı narahatlığını bir daha ifadə edərək, Tehranın nüvə silahı əldə etməsinə imkan verilməməli olduğunu deyib. O, regionda baş verənlərin ciddi təhlükəsizlik və iqtisadi risklər yaratdığını qeyd edib.
Son xəbərlər
Son Xəbərlər