Tramp onları “kağız pələnglər” adlandırdı

tramp-onlari-kagiz-pelengler-adlandirdi
Oxunma sayı: 916

ABŞ Prezidenti Donald Tramp ciddi şəkildə NATO-dan çıxmaq barədə düşünür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “The Telegraph”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, buna səbəb alyans ölkələrinin İrana qarşı müharibəyə qoşulmamasıdır. 

“NATO heç vaxt mənə təsir bağışlamayıb. Həmişə bilirdim ki, onlar kağız pələnglərdir və Rusiya Prezidenti Vladimir Putin də bunu bilir”, - Tramp deyib.

Dövlət başçısının fikrincə, NATO ölkələri müharibədə öz müttəfiqləri olan ABŞ-yə mütləq kömək etməli idi:

“Biz, Ukrayna da daxil olmaqla, hər yerdə avtomatik iştirak etmişik. Ukrayna bizim problemimiz deyildi. Bu, bir sınaq idi və biz onların yanında idik, həmişə də yanlarında olardıq. Onlar isə bizim yanımızda olmadılar”.