ABŞ Prezidenti Donald Tramp yaxın bir həftə ərzində Birləşmiş Ştatlar və İran arasında silahlı münaqişənin başa çatmasına dair memorandumun imzalanacağına ümid edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Fox News” telekanalının aparıcısı Bret Bayer Amerika lideri ilə telefon danışığına istinadən yayıb.
Jurnalistin sözlərinə görə, Ağ Ev rəhbəri sənədin imzalanması ilə bağlı “ehtiyatlı nikbinlik” nümayiş etdirir. Bayer Trampın müvafiq sazişin imzalanması üçün bir həftə vaxt verdiyini bildirib.
Xatırladaq ki, “Axios” portalı tərəfindən yayılan məlumatlara görə, sülh sazişinin detalları üzrə danışıqlar Pakistan və ya İsveçrədə baş tuta bilər. Rəsmi Vaşinqton 14 bənddən ibarət birsəhifəlik memorandumun əsas bəndləri ilə bağlı Tehrandan 48 saat ərzində cavab gözləyir. Sözügedən sənəddə hərbi əməliyyatların dayandırılması və 30 günlük danışıqlar dövrünün başladılması tələbi yer alıb.
Son xəbərlər
Son Xəbərlər