Tramp Türkiyəyə gedəcək - KİV

tramp-turkiyeye-gedecek
Oxunma sayı: 3007

ABŞ lideri Donald Trampın Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə səfər etməyi planlaşdırdığı bildirilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp may ayında Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər etdikdən sonra Türkiyəyə də getməyi düşünür.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla ən qısa zamanda görüşəcəyini açıqlamışdı.