ABŞ Prezidenti Donald Trampın Ankaraya səfəri zamanı qaldığı hotelə xaricdən xüsusi tualet gətirildiyi və bioloji tullantıların ABŞ-yə aparıldığı barədə iddialara münasibət bildirilib.
“Qafqazinfo”nun “CNN Türk”ə istinadən xəbərinə görə, hotelin baş direktoru Hakan Arslan yayılan məlumatları təkzib edərək bildirib ki, nə otaqlarda, nə də sanitar qovşaqlarında hər hansı dəyişiklik aparılıb.
“Hotelimizdə və ya otaqlarımızda tualetlərdə heç bir dəyişiklik edilməyib. Yeməklər hotelimizin aşpazları tərəfindən hazırlanıb, lakin bu proses Donald Trampın şəxsi aşpazlarının məlumatı və nəzarəti altında həyata keçirilib”, - o qeyd edib.
Hotel rəhbəri həmçinin Trampın səfəri zamanı onunla görüşdüyünü və ABŞ Prezidentinin hotel əməkdaşlarına qarşı olduqca nəzakətli davrandığını bildirib.
Hakan Arslan hotellə ABŞ səfirliyi arasında gizli tunelin mövcud olması barədə iddiaları da əsassız adlandırıb.
“Belə bir tunel qətiyyən yoxdur. Bu xəbərləri eşidəndə həm təəccübləndik, həm də güldük”, – deyə o əlavə edib.
Qeyd edək ki, NATO Zirvəsi çərçivəsində Ankarada səfərdə olan ABŞ Prezidenti üçün ABŞ-dən tualet gətirildiyi, bioloji tullantıların isə ABŞ-yə aparıldığı iddia edilmişdi.
Son xəbərlər
Son Xəbərlər