Trampa qarşı impiçmentə hazırlaşırlar

trampa-qarsi-impicmente-hazirlasirlar
Oxunma sayı: 649

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Demokratlar Prezident Donald Trampın vəzifədən uzaqlaşdırılması üçün hərəkətə keçiblər.

“Qafqazinfo” xəbər verir ki, “Axios” nəşri Konqresdəki mənbələrinə istinadla impiçment prosesinin artıq müzakirə edildiyini yazıb.

Məlumata görə, qanunvericilər Trampın İrana qarşı müharibəyə başlamasını əsas gətirərək onun səlahiyyətlərinə xitam verilməsi üçün səsvermə hazırlayırlar.

Bundan əlavə, Demokratların ABŞ Konstitusiyasına 25-ci düzəlişin tətbiqi üçün Nazirlər Kabinetinə müraciət hazırladığı bildirilir. Bu hüquqi mexanizm prezidentin fəaliyyət qabiliyyətini itirdiyi təqdirdə səlahiyyətlərin dərhal vitse-prezidentə ötürülməsini nəzərdə tutur.

Gərginlik fonunda Senatdakı Demokratların lideri Çak Şumer Trampın “bütöv bir sivilizasiyanı məhv edə bilərik” bəyanatına sərt reaksiya verib. O, “X” platformasında etdiyi paylaşımda prezidenti “son dərəcə xəstə” adam adlandırıb. Konqres üzvləri Ağ Ev rəhbərinin təhdidlərini “tam şər” kimi qiymətləndirərək ordunun prezidentə deyil, Konstitusiyaya tabe olduğunu bir daha

xatırladıblar.Qeyd edək ki, hazırda ABŞ-nin İrana qarşı genişmiqyaslı hücum planları və ölkə daxilindəki siyasi qarşıdurma dünyanın diqqət mərkəzindədir.