Florida ştatının Cənub Dairəsinin Federal Məhkəməsi 2024-cü ildə Donald Trampa qarşı sui-qəsd cəhdində təqsirli bilinən Rayan Uesli Rut barəsində yekun qərarını açıqlayıb.
“Qafqazinfo” “Fox News”a istinadla xəbər verir ki, məhkəmənin hökmü ilə Rayan Rut ömürlük həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, 2024-cü ildə Donald Tramp iki dəfə sui-qəsd cəhdi ilə üzləşib. İlk hadisə isə iyulun 13-də Pensilvaniyada baş verib Belə ki, 20 yaşlı Tomas Metyu Kruksun açdığı atəş nəticəsində Tramp qulağından yaralanıb. İkinci hadisə isə sentyabrın 15-də Floridada, siyasətçiyə məxsus qolf klubunda qeydə alınıb. Həmin vaxt Rayan Rut kolluqların arasında gizlənərək tüfənglə Trampı hədəf almağa çalışsa da, Məxfi Xidmət agentləri tərəfindən vaxtında fərq edilərək zərərsizləşdirilib. Hadisə yerindən qaçmağa çalışan Rut qısa müddət sonra yaxalanmışdı. Məhkəmə prosesi zamanı Rutun siyasi motivlərlə hərəkət etdiyi və cinayəti qabaqcadan planlaşdırdığı sübuta yetirilib.
Son xəbərlər
Son Xəbərlər