ABŞ Prezidenti Donald Tramp tibbi müayinədən keçib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Truth Social” hesabında paylaşım edib.
Trampın sözlərinə görə, tibbi müayinə zamanı onda hər hansı sağlamlıq problemi aşkarlanmayıb:
“Uolter Rid adına hərbi-tibb mərkəzdə 6 aylıq tibbi müayinəmi təzə bitirdim. Hər şey mükəmməl şəkildə yoxlanıldı”.
Son xəbərlər
Son Xəbərlər