“Ərdoğan çox ağıllıdır” - Tramp

erdogan-cox-agillidir
Oxunma sayı: 3406

“Türkiyə Suriyanın açarı olacaq. Bu ölkənin lideri ilə münasibətlərimiz isə yüksək səviyyədədir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Mar-a-Laqodakı malikanəsində jurnalistlərə bildirib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı çox ağıllı adlandırıb:

“Suriyada nə baş verəcəyini hələ də heç kim bilmir, amma düşünürəm ki, Türkiyə Suriyanın “açarını” əlində saxlayacaq. Yeri gəlmişkən, Türkiyə böyük gücdür və Ərdoğan mənim çox yaxşı anlaşdığım biridir. Onun böyük hərbi gücü var, çox güclü ordu qurub. O çox ağıllıdır”.