Trampdan Tehrana ultimatum - Kubaya xəbərdarlıq

trampdan-tehrana-ultimatum
Oxunma sayı: 279

“Bəlkə, daha bir kiçik “Epik Qəzəb” əməliyyat keçirəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Floridada Respublikaçılar Partiyasının 3 noyabr aralıq Konqres seçkiləri ilə bağlı tədbirində çıxış edərkən deyib.

O, İrandan qayıdarkən Kuba məsələsini həll edəcəklərini iddia edib.

Tramp ABŞ-nin İranla qarşıdurmada üstün mövqedə olduğunu deyib.

İranın nüvə potensialını məhv etdiklərini söyləyən Tramp əvvəlki hərbi əməliyyatları xatırladıb.

“Bəlkə, daha bir kiçik “Epik Qəzəb” əməliyyatı keçirəcəyik, ya da onlar özləri razılığa gələcəklər”, – deyə ABŞ Prezidenti bildirib. O, İranın nüvə silahına sahib olmasının qarşısını almağı mühüm nailiyyət adlandırıb.

ABŞ Prezidenti çıxışında Kuba ilə bağlı planlarından da danışıb. O, ABŞ Dövlət katibi Marko Rubionun ada ölkəsi ilə razılaşmanın yekunlaşdırılması üçün işə cəlb ediləcəyini bildirib.

“İrandan qayıdarkən Kuba məsələsini həll edəcəyik”, – deyə Tramp vurğulayıb.

O, ABŞ hərbi gəmilərinin İrandan qayıdarkən Kuba sahillərinə yaxınlaşacağını və bunun Havananı razılaşmağa vadar edəcəyini deyib. Tramp gəmilərdən birinin sahildən təxminən 45 metr aralıda lövbər salacağını qeyd edərək, Kubanın təslim olacağını irəli sürüb.