“Trampı həbs etməliyik” - Bayden

trampi-hebs-etmeliyik
Oxunma sayı: 3431

“Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp həbs edilməlidir”.

“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, bunu ölkənin hazırkı Prezidenti Co Bayden Demokratların Nyu-Hempşir ştatındakı qərargahında çıxışı zamanı deyib.

“Biz onu həbs etməliyik. Tramp siyasi cəhətdən “bağlanmalıdır”. Bilirəm ki, qəribə səslənir. Əgər mən bunu beş il əvvəl desəydim, məni içəri salardınız”, - Bayden bildirib.

O, həmçinin ABŞ demokratiyasının təhlükə altında olduğunu vurğulayıb. Eyni zamanda, siyasətçi orada olanları Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə nə baş verəcəyi barədə düşünməyə çağırıb.