Trampın nümayəndələri Kiyevə getməkdən imtina etdilər?

trampin-numayendeleri-kiyeve-getmekden-imtina-etdiler
Oxunma sayı: 366

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Kiyevə gözlənilən səfərlərini təsdiqləməyiblər.

“Qafqazinfo” xəbər verir ki, Ukraynanın “TSN” telekanalına ölkənin siyasi dairələrindəki mənbələr bildiriblər.

Xatırladaq ki, avqustun 21-də Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova NATO-ya üzvlük iddialarından rəsmi imtina etməsinin Ukrayna münaqişəsinin nizamlanması üçün real əsas olacağını bəyan edib.

Bundan əvvəl isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Stiv Uitkoff və Cared Kuşnerin ehtimal olunan səfəri ilə bağlı hələlik konkret təkliflər almadığını, lakin belə bir görüşü qısa müddətdə təşkil etməyə hazır olduğunu bildirmişdi.