ABŞ Prezidenti Donald Trampın vitse-prezident Cey Di Vensi öz siyasi varisi kimi görmədiyi iddia olunur.
“Qafqazinfo” “New York Times” nəşrinə istinadən xəbər verir ki, Tramp tez-tez Vens və dövlət katibi Marko Rubio barədə ətrafındakı insanların fikirlərini öyrənir.
Hətta may ayında keçirilən tədbirlərdən birində qonaqlardan bu iki şəxsdən hansının prezidentliyə daha uyğun namizəd olduğunu soruşub.
Məlumata görə, Tramp Vensin fəaliyyətini tez-tez öz uğurları ilə müqayisə edir və onun siyasi nailiyyətlərində öz rolunun böyük olduğunu vurğulayır.
Bundan əvvəl Ağ Evin rəsmisi Sebastiyan Qorka bildirmişdi ki, Tramp gözlənilməz vəziyyətlər üçün vitse-prezidentə xüsusi göstərişlər hazırlayıb.
Onun sözlərinə görə, Vensə ünvanlanmış və yalnız Trampın başına hər hansı hadisə gəldiyi halda açılmalı olan məktub ABŞ liderinin iş masasının siyirməsində saxlanılır.
Son xəbərlər
Son Xəbərlər