“TRIPP Ağ Ev administrasiyası üçün vacib olacaq”

tripp-ag-ev-administrasiyasi-ucun-vacib-olacaq
Oxunma sayı: 351

“Düşünürəm ki, TRIPP Prezident Trampın adını daşıyır və bu o deməkdir ki, həmin dəhliz bu administrasiya və ondan sonrakılar üçün də vacib olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə bildirib.

Dövlət başçısı deyib ki, əgər belə olmasaydı, Prezident öz adını (dəhlizə - red.) verməzdi. Onun adının verilməsi o deməkdir ki, bu icra olunacaq.