Tupak Şakurun qətlində şübhəli bilinən şəxs həbs edildi

tupak-sakurun-qetlinde-subheli-bilinen-sexs-hebs-edildi
Oxunma sayı: 3392

Las-Veqas polisi 1996-cı ildə amerikalı reper Tupak Şakurun qətlində şübhəli bilinən şəxsi saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Repçinin qətlində şübhəli bilinən Dueyn Devis həbs edilib.

Hələ bu ilin iyulunda hüquq-mühafizə orqanlarının əməkdaşları Keffe D kimi tanınan 60 yaşlı Dueyn Devisin həyat yoldaşının evinə axtarış aparmaq üçün gedib. Bu adam müstəntiqlərə müxtəlif müsahibələrdən məlumdur. “A Compton Street Legend” adlı xatirələrində Devis hip-hop sənətçisinin vurulduğu avtomobildə olduğunu da etiraf edib.

Həbs zamanı Davisin evindən Tupak və onun ölümü ilə bağlı müxtəlif materiallar çıxıb. Həmçinin, sərt disklər, cib telefonu, bir neçə 40 kalibrli güllə və qətllə əlaqəsi olan insanların fotoşəkilləri tapılıb.

Qeyd edək ki, Tupak Şakur 1996-cı ildə reperlər arasında münaqişə zamanı öldürülüb.