Tur rəhbəri Qubaya səfərdə qəfil öldü

tur-rehberi-qubaya-seferde-qefil-oldu
Oxunma sayı: 3308

Qubada turizm şirkətinin tur rəhbəri vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 23-ü saat 16 radələrində Qırızdəhnə kəndinin ərazisində baş verib.

“Eko” turizmdə tur rəhbəri işləyən 1974-cü il təvəllüdlü Bakı sakini  Emil Rəhimoviç Tahirov səfər zamanı qəfil vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Araşdırma aparılır.