“Turan Tovuz” 32 il sonra rəsmən avrokuboklarda

turan-tovuz-32-il-sonra-resmen-avrokuboklarda
Oxunma sayı: 599

Bu gün Misli Premyer Liqasında 31-ci turun daha bir oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Turan Tovuz” doğma meydanda “Karvan-Yevlax”la qarşılaşıb.

Kurban Berdıyevin komandası bu görüşdə 1:0 hesablı qələbə qazanıb.

Yeganə qolu 45+1-ci dəqiqədə Ayxan Hüseynov vurub.

Bununla da “Turan Tovuz”un avrokuboklarda iştirakı dəqiqləşib.

Onlar 32 il sonra qitə turnirlərində iştirak edəcək.