“Turan Tovuz” - “Fənərbaxça” oyununun fiziki biletləri satışa çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qərb bölgəsi təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Biletləri bu gündən etibarən saat 18:00-dək, 3 oktyabr tarixində isə oyunun başlanma saatınadək Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, "Turan Tovuz" - "Fənərbaxça" qarşılaşması sabah keçiriləcək və saat 20:00-da start götürəcək.
Son xəbərlər
Son Xəbərlər