“Turan Tovuz” klubu daha bir transferini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Tovuz təmsilçisi Rəhim Sadıxovla anlaşıb.
28 yaşlı yarımmüdafiəçi ilə 2026-2027-ci illər mövsümünün sonunadək mümqavilə bağlanılıb. Son olaraq “Sumqayıt”da forma geyinən futbolçu, ölkəmizdə “Zirə”, Rusiyada “Solyaris”, “Spartak-2” və “Torpedo” klublarının şərəfini qoruyub.
Rəhim Sadıxov əsas milli komandamızın heyətində 9 oyunda meydana çıxıb.
Bundan başqa, əyalət təmsilçisi rusiyalı yarımmüdafiəçi Anton Kraçkovskini də icarə əsasında heyətinə qatıb. Mahaçqala "Dinamo"suna məxsus 22 yaşlı futbolçu Qazaxıstan təmsilçisi "Kayrat"da da legioner həyatı yaşayıb.
Son xəbərlər
Son Xəbərlər