“Turan Tovuz” serbiyalı müdafiəçi transfer etdi

turan-tovuz-serbiyali-mudafieci-transfer-etdi
Oxunma sayı: 308

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Qərb təmsilçisi serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında 2 illik müqavilə imzalanıb.

Son olaraq Sloveniya təmsilçisi “Koper”in şərəfini qoruyan 28 yaşlı mərkəz müdafiəçisi zəngin karyeraya malikdir. O, vətənində “İMT Novi Beoqrad” və “Vojdovats” komandalarında çıxış etdikdən sonra legioner həyatı yaşayıb.

Təcrübəli oyunçu bir müddət Türkiyə Superliqası təmsilçisi “Konyaspor”un da formasını geyinib.