“Turan Tovuz”la “Neftçi”dən heç-heçə

turan-tovuzla-neftciden-hec-hece
Oxunma sayı: 1382

Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun gününün ilk görüşündə “Turan Tovuz” doğma meydanda “Neftçi” üz-üzə gəlib.

Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Günün digər oyunu “Səbail”lə “Zirə” arasında keçiriləcək.

Daha öncə “Kəpəz” – “Sumqayıt” matçında heç-heçə (0:0) qeydə alınıb. “Şamaxı” – “Sabah” və “Qarabağ” – “Araz-Naxçıvan” oyunları isə sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
18-ci tur
21 dekabr

“Turan Tovuz” – “Neftçi” 1:1
Qollar: Aleks Souza, 54 – Filip Ozobiç, 45.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
Tovuz şəhər stadionu, 16:00.