Azərbaycan Dövlət Turizm Agentliyində kütləvi ixtisarların başlandığı ilə bağlı iddialar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, agentliyin ixtisara düşən bəzi əməkdaşları Trend-ə bildiriblər ki, son ay ərzində artıq 30-dan çox əməkdaş işdən çıxarılıb.
Onların sözlərinə görə, Agentlik tərəfindən əsas kimi Maliyyə Nazirliyindən daxil olan məktub göstərilib.
Bildirilib ki, məktubun məzmunu açıqlanmayıb, lakin ixtisar prosesinin aparıldığı qeyd olunur. İddialara əsasən, əsasən memarlıq və tikinti sahəsində çalışan əməkdaşlar vəzifələrindən azad edilirlər.
Qeyd olunub ki, bəzi hallarda əməkdaşlardan öz ərizələri ilə işdən çıxmaları tələb olunur ki, bu da kompensasiyanın verilməməsi ilə nəticələnir.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Turizm Agentliyindən bildirilib ki, qurumda kütləvi ixtisarlar yoxdur.
Son xəbərlər
Son Xəbərlər