Turizm şirkətinin maşını ilə ayını vurub öldürdü

turizm-sirketinin-masini-ile-ayini-vurub-oldurdu
Oxunma sayı: 1088

İsmayıllıda avtomobil ayını vuraraq öldürüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunda, Basqal qəsəbəsi ərazisində qeydə alınıb.

Turizm şirkətinə məxsus avtomobil hərəkətdə olan zaman yola çıxan ayını vurub. Ayı ölüb, avtomobilə ciddi ziyan dəyib.