“Türk dövlətləri ilə yerli özünüidarəetmə səviyyəsində əməkdaşlığa ehtiyac var” - Təmraz Tağıyev

turk-dovletleri-ile-yerli-ozunuidareetme-seviyyesinde-emekdasliga-ehtiyac-var
Oxunma sayı: 190

Ötən gün Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) və Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə TDBB-nin İstanbuldakı mənzil-qərargahında “Yerli Rəhbərliklər və Sərhədlərarası Əməkdaşlıq” mövzusunda toplantı  keçirilib.

“Qafqazinfo” Belediyye.info-ya istinadən xəbər verir ki, ölkəmizi toplantıda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və Assosiasiyanın məsləhətçisi Rövşən Məmmədov təmsil edib.

TDBB-nin baş katibi Fahri Solak çıxışında Türk dövlətlərinin yerli özünüidarəetmələri arasında olan əməkdaşlıq əlaqələrinə toxunaraq, bu kimi əlaqələrin TURKPA ilə əməkdaşlıq çərçivəsində daha da artırılmasınin zəruriliyini qeyd edib.

Toplantıda AŞBMA-nın sədri və TDBB İdarə Heyətinin üzvü Təmraz Tağıyev çıxış edərək Azərbaycan bələdiyyələrinin beynəlxalq müstəvidə, əsasən də Türk dövlətləri bələdiyyələri ilə apardığı əməkdaşlıqları dilə gətirib. Sədr çıxşında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev daim bildirir ki, “Bizim ailəmiz Türk dünyasıdır”.  Bununla yanaşı, o, ölkə başçısının Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdiyi siyasətin mühüm əhəmiyyətini qeyd edib. Bildirilib ki, bu dövlətlər arasında aparılan əməkdaşlığın digər sahələrdə olduğu kimi yerli özünüidarəetmə səviyyəsində də intensiv şəkildə aparılmasına ehtiyac var.

T. Tağıyev çıxışında həmçinin ötən dövr ərzində AŞBMA-nın dəstəyi ilə Azərbaycan bələdiyyələri ilə Türkiyə, Şimali Kipr və Bosniya və Herseqovina bələdiyyələri arasında aparılmış görüşlərin və təcrübə mübadilələrin önəmini vurğulayıb. Sədr həmçinin ötən ilin sentyabr ayında Şimalı Kipr Türk Bələdiyyələr Birliyi (KTBB) ilə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası (AŞBMA) arasında yerli özünüidarəetmə sahəsində əməkdaşlıq haqqında protokol imzalanmasını və bu kimi protokolların digər Türk dövlətlərinin yerli özünüidarəetmə orqanları ilə də imzalanmasının vacibliyini qeyd edilib.

Qeyd edək ki, toplantıda Özbəksitan Respublikası Ali Məclisinin Komitə sədrinin müavini Səyarə Abdukərimova və Özbəkistan və Qırğızıstanın Ali Məclis üzvləri,  Türkiyə, Şimali Kipr və Azərbaycan Milli Məclisindən olan digər rəsmi nümayəndələr, habelə  TURKPA katibliyinin rəsmiləri iştirak ediblər.