Türkiyənin Samsun şəhərinin ərazisinə naməlum mənşəli dron düşüb.
“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, pilotsuz uçuş aparatı Kazım Karabekir rayonundakı küçələrdən birinə düşüb.
Hadisə nəticəsində iki evin damı zədələnib, pəncərələri qırılıb.
Mütəxəssislər uzunluğu təxminən 1 m olan dron üzərində araşdırmalar aparırlar.
Son xəbərlər
Son Xəbərlər