Türkiyə İrandan atılan raketi zərərsizləşdirdi

turkiye-irandan-atilan-raketi-zerersizlesdirdi
Oxunma sayı: 5488

Türkiyənin hava məkanına yönəlmiş ballistik raket vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İran ərazisindən atılan raket Suriyanın hava məkanında vurulub. İtki yoxdur.

Aralıq dənizinin şərqində olan NATO qüvvələri tərəfindən vurulan raketin qalıqları Türkiyənin Hatay vilayətinin ərazisinə düşüb.