Türkiyə MN Azərbaycanı təbrik etdi

turkiye-mn-azerbaycani-tebrik-etdi
Oxunma sayı: 801

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurum “X” hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümü mübarək!

Qardaş Azərbaycanın təhlükəsizliyi və əmin-amanlığı üçün gecə-gündüz çalışan qəhrəman Azərbaycan Silahlı Qüvvələrinə salam olsun!

“Bir millət, iki dövlət” şüarı ilə hər zaman tək ürək, tək yumruq olmağa davam edəcəyik!”