Türkiyə ordusunun 5 əsgəri şəhid oldu

turkiye-ordusunun-5-esgeri-sehid-oldu
Oxunma sayı: 6800

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində metan qazından zəhərlənmə nəticəsində 5 əsgər şəhid olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 28 may 2022-ci ildə şəhid olan Leytenant Nuri Melih Bozkurtun cəsədinin tapılması işləri çərçivəsində bir mağarada aparılan axtarış zamanı 19 əsgər metan qazına məruz qalıb.

Xəstəxanaya aparılan əsgərlərdən 5-i həyatını itirib.