Türkiyə parlamentində huşunu itirən deputat öldü

turkiye-parlamentinde-husunu-itiren-deputat-oldu
Oxunma sayı: 2620

İki gün əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı huşunu itirən deputat Hasan Bitmez dünyasını dəyişib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, deputatın ölümü barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

“Hasan Bitmezin vəziyyəti dünən gecədən etibarən pisləşmişdi. Bütün müdaxilələrə baxmayaraq, o bu gün səhər radələrində vəfat edib”, - deyə nazir bildirib.

Xatırladaq ki, “Saadet” partiyasının Kocaelidən olan millət vəkili H.Bitmez huşunu itirdikdən sonra ona hadisə yerində uzun müddət ürək masajı edilmiş və daha sonra xəstəxanaya çatdırılmışdı.