Türkiyə yelkənçiləri Bakıda - Fotolar

turkiye-yelkencileri-bakida
Oxunma sayı: 306

Yelkən idmanının Optimist və ILCA4 sinifləri üzrə açıq Azərbaycan çempionatında iştirak edəcək Türkiyə komandası Bakıdadır.

“Qafqazinfo” xəbər verir ki, 9 idmançı və 1 nəfər milli komanda məşqçisindən ibarət heyətlə paytaxta gələn qonaqlar Azərbaycan Su İdman Növləri Federasiyasının yelkən bazası ilə tanış olublar. 

Xatırladaq ki, ölkə çempionatı 12–14 sentyabr tarixlərində Şıxov çimərliyi ərazisində təşkil olunacaq. Yarışlara hər gün saat 11:00-da start veriləcək. Mükafatlandırma mərasimi sentyabrın 14-də saat 18:00-da keçiriləcək.