Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdagı rayonları arasındakı əkin sahəsində yanğın olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 4 nəfər ölüb, 19 nəfər isə xəsarət alıb.
Əraziyə yanğınsöndürənlər, təcili yardım briqadaları və xilasedicilər cəlb olunub.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
***
Yeni məlumata əsasən, hadisədə ölənlərin sayı 5-ə, yaralananların sayı isə 44-ə çatıb.