Türkiyənin paytaxtı Ankara şəhərinin Temelli bölgəsində Quru Qoşunları Aviasiya Komandanlığına məxsus ağır nəqliyyat helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Quru Qoşunlarının Aviasiya Komandanlığına aid “CH-47” (Chinook) tipli nəqliyyat helikopteri təlim uçuşu zamanı hələlik məlum olmayan səbəbdən qəzaya uğrayıb.
Nazirlikdən verilən məlumatda şəxsi heyətin vəziyyətinin yaxşı olduğu və hər hansı mənfi halın yaşanmadığı vurğulanıb. Bildirilib ki, qəzanın dəqiq başvermə səbəbi aparılacaq ətraflı texniki araşdırma nəticəsində müəyyən ediləcək.
Xatırladaq ki, “Chinook” helikopterləri Türkiyə Silahlı Qüvvələrinin arsenalındakı ən güclü ağır nəqliyyat vasitələrindən sayılır və böyük həcmli yüklərin, eləcə də şəxsi heyətin daşınması üçün istifadə olunur.
Son xəbərlər
Son Xəbərlər