Türkiyənin Diyarbəkir şəhərində iki ailə arasında silahlı dava olub.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, atışmada aralarında bir polis məmuru da daxil olmaqla 13 nəfər yaralanıb.
Küçənin ortasında baş verən dava vətəndaşlardan birinin mobil telefonunun kamerasına düşüb. Çəkilən görüntülərdə nəqliyyat vasitələrinin ətrafına toplaşan insanların bir-birinə atəş açması, qışqırması, insanların yerdə uzanması görünür.
Dava ilə bağlı iki nəfər saxlanılıb, araşdırmalar davam etdirilir.