Türkiyədə məşhur bloqer həbs edildi

turkiyede-meshur-bloqer-hebs-edildi
Oxunma sayı: 1587

Türkiyəli tanınmış sosial media fenomeni, bloqer Murat Övüç paylaşdığı videolara görə həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində Övüçün paylaşımları hüquqi müstəvidə araşdırılıb. Prokurorluq onun hərəkətlərində “ictimaiyyət arasında nifrət və düşmənçiliyi qızışdırmaq” maddəsinin tərkibini müəyyən edib.

Məhkəmə qarşısına çıxarılan Murat Övüç barəsində həbs qətimkan tədbiri seçilərək, həbsxanaya göndərilib.