Türkiyədə nazir və xanımı haqda əxlaqsız paylaşım etdi - Saxlanıldı+Foto

turkiyede-nazir-ve-xanimi-haqda-exlaqsiz-paylasim-etdi
Oxunma sayı: 9538

Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak və ailəsi ilə bağlı sosial şəbəkədə əxlaqsız paylaşım edən E.B. saxlanılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 4-cü övladı dünyaya gələn Berat və Esra Albayrak cütlüyü yeni doğulan körpəsinə Həmzə Saleh adı verib. Mersin şəhərində yaşayan E.B. bu xəbərdən sonra Tvitterdə bununla bağlı təhqiramiz paylaşım edib. İzləyicilər E.B.-yə sərt reaksiya göstəriblər. Kibercinayətkarlıqla Mübarizə Dairəsi əməkdaşları həmin şəxsi nəzarətə alıblar.

İstintaqı davam edən E.B.-nin işi sabah məhkəməyə göndəriləcək.