Türkiyənin Kırıkkale şəhərində poliqonda partlayış baş verib.
“Qafqazinfo” “Hürriyyet”ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub.
Partlayış sursatın partlaması nəticəsində meydana gəlib.
Ölən şəxslər özəl şirkətin əməkdaşlarıdır.
Əraziyə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) daxil olmaqla, müvafiq qurumlar cəlb olunublar.



Son xəbərlər
Son Xəbərlər