Türkiyədə sahildə PUA tapıldı - Fotolar

turkiyede-sahilde-pua-tapildi
Oxunma sayı: 1244

Türkiyənin Sakarya vilayətinin Karasu rayonunda yerləşən çimərlikdə mənşəyi bilinməyən sökülmüş pilotsuz uçuş aparat (PUA) aşkarlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Əziziyyə məhəlləsi ərazisində yerləşən çimərlikdə qeydə alınıb.

Günorta saatlarında sahildə gəzən vətəndaşlar dəniz kənarında hissələrə ayrılmış pilotsuz uçuş aparatını görərək, hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Məlumatdan sonra əraziyə jandarma qrupları cəlb olunub və hadisə yerində təhlükəsizlik tədbirləri görülüb.

Məsələ ilə bağlı araşdırmaya başlanılıb. Ərazidə təhlükəsizlik təmin edilib və hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.