Türkiyənin Manisa şəhərində mədən çöküb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Soma bölgəsində yerləşən kömür mədənində qeydə alınıb.
Çökmə zamanı mədəndə 7 işçinin olduğu, onlardan ikisinin xilas edildiyi bildirilir.
Digər mədənçilərin axtarışları davam etdirilir.
Xatırladaq ki, 2014-cü ildə Soma mədənində baş verən yanğın 301 mədənçinin ölümünə səbəb olmuşdu.
Son xəbərlər
Son Xəbərlər